Şirkət yeni flaqman Galaxy S9 üçün yeni prosessorun tezliklə təqdim ediləcəyini bildirib. Noyabrda anons edilən Exynos 9810 prosessoru 2-ci nəsil 10-nm göstəriciyə malik olacaq. Çip 3-cü nəsil nüvələr, yenilənmiş qrafik sürətləndirici və 1.2 Gbit/s sürətə malik yeni LTE-modem ilə təchiz edilib.
Daha ətraflı məlumat yanvar ayının 4-ü təqdimat zamanı paylaşılacaq.