Samsung şirkəti hələ bir neçə il əvvəl qatlanan displeyləri təqdim etmişdi. Lakin, hələlik bu displeylər praktiki olaraq istifadə edilmir. Bir neçə gün əvvəl Seulda müsahibə verən Samsung Electronics-in mobil bölməsinin prezidenti Ko Donq-Cic bildirib ki, artıq 2018-ci ildə təqdim ediləcək Samsung Galaxy Note modeli qatlanan displey ilə təchiz ediləcək. Bu displeyin hansı mənfi cəhətləri olduğu və Samsung-un hansı tip problemlərlə üzləşəcəyi məlum deyil. Buna görə də şirkət, ilk modeli sınaq modeli kimi təqdim edəcək.