Uber şirkəti öz fəaliyyətinə 2009-cu ildə başladıqda qarşısına sadə bir məqsəd qoymuşdu: smartfon ekranına bir neçə toxunuşla avtomobil sifariş etmək. 2015-ci ildə şirkət artıq 1 milyard sifariş yerinə yetirmişdi. Cəmi altı ay sonra, 2016-cı ilin iyun ayında bu rəqəm ikiqat artdı. Bu ilin may ayında isə şirkət daha bir böyük nailiyyətə imza atdı: yerinə yetirilmiş sifarişlərin sayı 5 milyarda çatdı. Uber-in uğuru onunla bütün dünyada əməkdaşlıq edən sürücülərin sayəsində mümkün oldu. «Biz inkişaf etməyə və xidmətimizi təkmilləşdirməyə davam edərək müştərilərimizə gələcəkdə xidmətimizdən daha 5 milyard dəfə , hətta daha çox faydalanmağa imkan yaradacaq yeni funksiyalar əlavə edirik», — deyə, Uber rəsmisi bəyan edib.
Uber dünya miqyasında 5 milyard dəfə müştəri daşıyıb
НОВОСТИ ПО ТЕМЕ