spot_img
23 апреля, 2024
ДомойТелекомСобытияCef Bezos Bill Qeytsi geridə qoyaraq dünyanın ən varlı insanı olub

Cef Bezos Bill Qeytsi geridə qoyaraq dünyanın ən varlı insanı olub

Forbes yazır ki, Amazon-un təsisçisi Cef Bezosun sərvəti 91 milyard dollara çatıb.

Bu, Amazon-un hissələrinin dəyərinin kəskin artması hesabına baş verib. Şirkətin ümumi dəyəri 500 milyard dollara çatıb. İndiyə qədər bu uğura yalnız Alphabet, Apple və Microsoft nail olub. Mart ayında Forbes siyahısında 72.8 milyard sərvətə malik olan Bezos üçüncü yerdə qərarlaşmışdı. O vaxtdan bəri qısa zaman ərzində sərvətini daha 20 milyard dollar zənginləşdirən Cef Bezos Bill Qeytsi ilk pillədən endirərək dünyanın ən varlı insanı olub.

Xatırladaq ki, Cef Bezor biznesə 1994-cü ildə kitabların online satışı ilə başlamışdı. O zamandan bəri onun təsis etdiyi Amazon iri online şirkətə çevrildi. Bundan başaqa, Bezos Blue Origin aerokosmik şirkəti və Washington Post qazetinin sahibidir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -