spot_img
22 ноября, 2024
ДомойТехнологии2019-cu ildə Avropada pilotsuz uçuş aparatları üçün qaydalar tətbiq olunmağa başlayacaq

2019-cu ildə Avropada pilotsuz uçuş aparatları üçün qaydalar tətbiq olunmağa başlayacaq

Avropa İttifaqı üzv ölkələrin xəzinələrinə milyardlarla avro gətirəcək pilotsuz uçuş aparatlarının (PUA) tərtibatı və tətbiq olunmasında geridə qalmaq niyyətində deyil. Bir çox Avropa ölkəsi artıq uzun müddətdir ki, dronların istifadəsinin tənzimlənməsi üzərində işləyir. ABŞ Mülki Aviasiya Federal İdarəsində isə (FAA) bu yaxınlarda yenidən insanlar üçün qeyri-kommersiya təyinatlı dronları qeydiyyatdan keçirmək məcburiyyəti məsələsinin müzakirəsinə qayıdıblar. May ayında ABŞ Federal məhkəməsi qeyri-kommersiya təyinatlı uçuş aparatlarının qeydiyyatdan keçmə məcburiyyətini ləğv edərək bəyan edib ki, FAA insanların həvəslərini tənzimləmək səlahiyyətinə malik deyil. Çində isə bunun tam əksi baş verib. Bu ölkədə çəkisi 250 qramdan ağır bütün dronlar qeydiyyata alınmalıdır. Fransa, İtaliya və Almaniya kimi Avropa ölkələrində bu məsələyə aid qanunvericilik bir-birindən olduqca fərqlənir. Avropa İttifaqında hesab edirlər ki, bu fərqliliklər innovasiyaların qarşısını alır və gələcəkdə bu sahədə geridə qalmaq təhlükəsi yaradır. Avropa İttifaqı Komissiyası yaxın gələcəkdə Ümumavropa PUA qeydiyyat sistemi yaradaraq dronların uzaqdan eyniləşdirmə sistemini qurmağı və pilotsuz aparatların qadağan olunmuş ərazilərin üzərində uçuşlarının qarşısının alınmasını hədəfləyir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -