Hələ bir neçə il əvvəl şaiyələr gəzirdi ki, Apple özünün pilotsuz avtomobil texnologiyasını tərtib edir. Bir müddət əvvəl isə Apple başçısı Tim Kuk Bloomberg-ə verdiyi müsahibədə bu məlumatı təsdiqləyib. O bildirib ki, bu layihə bəlkə də süni intellekt layihələri arasında ən mürəkkəbidir. Apple başçısı qeyd edib ki, bütün detalları bildirmək istəmir və ətraflı məlumat yalnız layihənin yekunlaşmasından sonra verilə bilər.






