spot_img
21 ноября, 2024

SEM nədir və SEO-dan fərqi nədədir?

Çox böyük bir problemdən yazmayacam, kiçik amma vacib bildim deyə yazıram. Digital Marketinqdə termin genişliyi o qədər çoxdur ki, bu terminlərin izaha ehtiyacı var deyə düşünürəm. Bəzən bir və ya oxşar əməliyyatlar 10 fərqli formada qeyd olunur.

Rəqəmsal mütəxəssislər SEM və SEO sözlərini yəqin tez – tez eşidir. Başlayaq SEM və SEO nədir sualına hərfi izahdan. SEM – Search Engine Marketing, SEO isə – Search Engine Optimization mənasını verir. Əslində bir- birinə çox yaxın 2 termindir, ancaq aralarında elə gözəl incə sərhəd xətlər var ki, rəqəmsal mütəxəssis bunları mütləq bilməlidir.

İlki öncə qeyd edək ki, həm SEO, həm də SEM-in məqsədi Web saytı axtarış sistemlərində ilk sıralara daşımağa yardım etməkdir. Məsələn, sizin şirkətin məhsul profilinə uyğun olaraq insanlar Google axtarış sistemlərində axtarış edirlərsə, bu zaman sizin saytın ilk pillədə görünməsidir. Hər ikisinin məqsədi eyni olsa da, ikisi arasındakı fərqlər bunu 2 fərqli sahə insanın işi edir. Beləliklə SEM marketoloqun, SEO isə İT mütəxəssisin işidir. Bu ikisi arasındakı ilkin və təməl fərqdir.

Digər bir neçə fərqə keçməzdən əvvəl isə hər iki işin funksionallığı haqqında qısa məlumat verək.
Yuxarıda qeyd etdiyimiz kimi SEM marketoloqun gördüyü işdir. Bu işi görmək üçün həmin axtarış sisteminin reklam platformasında kampaniya başladılır və daxil etdiyi açar sözlərə müvafiq ödəmələr etməklə saytın axtarış zamanı ilk pillədə görüntülənməsinə nail olur. Məsələn, hesab edək ki, biz Google axtarış sistemində “Parfum” axtarılan zaman ilk pillədə görünməyimizi istəyirik. Bu zaman “Parfum” sözünü ödənişli formada reklama yerləşdirməklə bu sözün axtarışı zamanı ilk pillədə görünməyimizə nail oluruq və bunun qarşılığında həmin axtarış şəbəkəsinə pul ödəyirik.

SEO isə İT mütəxəssisin işidir və bu optimizasiya doğru aparıldığı zaman sayt müxtəlif açar sözlərə uyğun olaraq ilk sıralarda görüntülənir. Ancaq məsələ bundadır ki, SEM-dən fərqli olaraq SEO üçün saytın axtarış zamanı ilk pillədə görünməsi üçün açar sözlə saytın daxilidəki mətnlər uyğunluq təşkil etməlidir. Məsələn sizin saytınız avtomobil satışı üçündür və siz istəsəniz ki, ayaqqabı sözü axtarılarkən saytınız ilk pillədə görünsün, bu mümkünsüzdür. Çünki saytınızda ayaqqabı məzmunu yoxdur. SEM-də isə bunu etmək mümkündür.

SEM ilə SEO arasında digər bir fərq isə ondan ibarətdir ki, SEO ümumi məhsula yönəlir, SEM isə ümumi məhsulla bərabər konkret kampaniyaya yönələ bilər.
Hesab edək ki, siz aviabilet satışı ilə məşğulsuz. SEO ilə siz aviabilet, ucuz aviabilet və s. sözlərin axtarışı zamanı ilk pillədə görünməsinə nail ola bilərsiz. Ancaq məxsusi olaraq Bakı – İstanbul reysi üçün 1 aylıq endirim kampaniyanız varsa, bu 1 ay ərzində müvafiq açar sözlərlə ilk sırada görünmək istəyirsizsə, bu SEM-in işidir.

Pərviz Əzimov

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
715ПодписчикиПодписаться
- Реклама -