spot_img
22 ноября, 2024
ДомойТехнологииHansı sahələrin işçiləri robotlarla əvəz ediləcəklərini düşünmürlər?

Hansı sahələrin işçiləri robotlarla əvəz ediləcəklərini düşünmürlər?

Aparılan araşdırmalara əsasən, işçinin ixtisası nə qədər aşağı olarsa robotla əvəzlənməsi riski bir o qədər yüksək olacaq. Lakin, hər nə qədər də paradoks olsa da, ali təhsilli olmayan işçilər robotlarla əvəz olunacaqlarını düşünmürlər. Bu barədə Business Insider məlumat verib.

82% ali təhsilli olmayan sorğu iştirakçısı robotların onların iş yerlərini tutacağına inanmırlar. Lakin, maliyyə sahəsində çalışanların 40%-i yaxın gələcəkdə avtomatlaşdırılma ilə qarşılaşacaqlarını düşünürlər. Həqiqətən də son zamanlarda dünya bankları və maliyyə strukturları avtomatlaşdırma sistemlərinə keçid alaraq işçi ixtisarları elan etməyə başlayıblar.

Mühəndislər, HR mütəxəssisləri, menecerlər, IT-mütəxəssisləri və marketinq sahəsinin çalışanları robotların onların işlərinə müdaxilə edə biləcəklərinə inanmırlar.

Aparılan araşdırmalardan məlum olub ki, 2020-ci ilə kimi 15 ölkədə 5 milyon insan işsiz qalacaq və onların əksəriyyəti ali təhsilsiz işçi qüvvəsi olacaq. Məsələn, sürücülük kimi peşənin yaxın illərdə tarixə çevriləcəyi artıq heç kimdə şübhə doğurmur. Özü idarə olunan pilotsuz nəqliyyat vasitələri artıq bəzi yerlərdə istifadəyə verilib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -