spot_img
22 ноября, 2024
ДомойТехнологииVisa ödənişlərini təmassız həyata keçirmək üçün "üzük" cihazına sifarişlər artıq qəbul olunur

Visa ödənişlərini təmassız həyata keçirmək üçün «üzük» cihazına sifarişlər artıq qəbul olunur

NFC Ring şirkəti təmassız ödəniş üçün təchiz edilən üzüyə öncədən sifarişlərin qəbulunu elan edib. Cihazı əldə etmək üçün NFC Ring-in saytına daxil ola bilərsiniz.

Üzük ağ və qara rənglərdə təqdim olunur, qiyməti isə 53 dollar təşkil edir. Üzüklərin satışa çıxarılması cari ilin dekabr ayına planlaşdırılıb.

NFC Ring

Üzük vasitəsilə ödənişlər cihaza quraşdırılmış xüsusi NFC-antena ilə həyata keçirilir. Üzüyün itirilməsi halında mobil tətbiqdən onu söndürmək mümkündür.

Visa bildirir ki, üzük tamailə su keçirməzdir və 50 m dərinliyə enməyə tab gətirir. Batareya dəyişdirilməsi və yaxud enerji doldurlmasına ehtiyac yoxdur. Qeyd edək ki, NFC Ring layihəsi Kickstarter kraudfandinq platformasının dəstəyi ilə reallaşdırılıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -