Sinqapur özü idarə olunan taksi servisini tətbiq edən ilk ölkə kimi tarixə keçib. 25 avqust nuTonomy şirkəti bir neçə pilotsuz maşını şəhərə buraxıb.
İlk etapda pilotsuz taksi yalnız Sinqapurunun mərkəzini əhatə edən bölgədə fəaliyyət göstərəcək (təxminən 6.5 kv/km). Sərnişinlər üçün 6 belə avtonom maşın təqdim olunub. Hal-hazırda servisin abunəçi sayı 30 nəfərə çatır. nuTomony maşın sayını da artıraraq abunəçi sayını 10 minə çatdırmaq istəyir.
Renault Zoe və Mitsubishi i-MiEV tipli elektrik maşınlarda hələlik təhlükəsizlik tədbirləri üçün 2 nəfər oturur: sürücü, hansı ki, zəruri halda hər an müdaxilə etməyə hazır olacaq; elektron sistemlərə nəzarət edən ikinci şəxs.