Yapon şirkəti yeni ballooncam adlı hibrid dronu təqdim edib. Xaricən buludu xatırladan bu dronun üzərində istənilən informasiya əks olunur və səs çıxışı da mövcuddur.
İlk dəfə bu dronun prototipi Content Tokyo 2016 tədbiri çərçivəsində təqdim edilmişdi. Tərtibatçılar əmindirlər ki, onların məhsulu geniş şəkildə müxtəlif tədbirlərdə reklamın kütləvi auditoriyaya göstərilməsi üçün istifadə ediləcək.