10 yanvar 2017-ci ildən etibarən böyük reklam pəncərələrindən isitfadə edən saytlar Google tərəfindən cərimələnəcəklər.
Xüsusən mobil versiyalarda istifadə olunan bu reklam pəncərələri istifadəçilər üçün ciddi narahatçılıq yaradır. Belə ki, istifadəçi mətni oxumağa başlayarkən bütün ekran reklam banneri ilə örtülür və belə pəncərələri bağlamaq olduqca çətin olur, çünki «x» işarəsi məharətlə gizlədilir. Məhz bu üsuldan istifadə edən saytlar Google axtarış sistemindən ləğv olunacaqlar və cərimələnəcəklər.