Yanvar ayından cari ilin iyul ayına kimi Facebook-da media şirkətlərinin postlarının çatdırılma faizi 52% enib. Bu barədə SocialFlow məlumat yayıb.
Bu problemi ümumilikdə Facebook məzmununun çoxalması ilə əlaqələndirirlər. Belə ki, sosial şəbəkəyə yerləşdirilmiş postların sayı çoxaldıqca istifadəçilərin diqqəti azalır və nəticədə hər bir postu daha az insan görür. Problemin digər səbəbi Facebook-un təqdim etdiyi yeni alqoritmdir: istifadəçilər xəbər lentində artıq daha çox öz dost və yaxınlarının postlarını görürlər.
Buna baxmayaraq, Facebook-da çatdırılma göstəricilərinin artdığı səhifələr də mövcuddur. Bu, həmin səhifələrin videolar yerləşdirməsi ilə əlaqələndirilir, çünki Facebook istifadəçilərinin hal-hazırda ən çox görmək istədikləri məzmun videolardan ibarətdir.