spot_img
28 марта, 2024
ДомойТелекомСобытияAzərbaycan dilində Camal Şahverdiyevin «FreeSWITCH - IP üzərindən səsin qeyri məhdud imkanları»...

Azərbaycan dilində Camal Şahverdiyevin «FreeSWITCH — IP üzərindən səsin qeyri məhdud imkanları» adlı növbəti kitabı çıxıb

Əvvəllər hər bir şirkət öz daxili kommunikasiya imkanı olaraq, şirkətdaxili kiçik telefon stansiyasından istifadə edirdi. Elə bir zamana gəlib çıxmışıq ki, artıq daxili zənglərin bir-biri ilə əlaqələnməsi üçündə IP protokolundan istifadə etmək çox asanlaşıb. IP protokol vasitəsilə səsin ötürülməsi üçün, həm pullu, həm də açıq qaynaqlı olan protokollar mövcuddur. Açıq qaynaqlı SIP protokolu istifadə edən telefon stansiyası proqram təminatı olaraq Asterisk və FreeSWITCH mövcuddur.

FreeSWITCH - IP üzərindən səsin qeyri məhdud imkanlarıATL INFO TECH İT-departamentinin rəhbəri Camal Şahverdiyev tərəfindən yazılmış «FreeSWITCH — IP üzərindən səsin qeyri məhdud imkanları» kitabı oxuculara elektron formatda paylaşılıb. Kitab VoİP anlayışı olmayan şəxs üçün, minimum səviyyədən ən tələbli olan səviyyəyədək detalları açıqlayır.

Kitabda olan mövzulardan bir neçəsi aşağıda sadalnır:

  • Windows 2012 server üzərində FreeSWITCH-in yüklənməsi və qurulması.
  • FreeSWITCH və CUCM arasında SIP trunk-ın addım-addım qurulması.
  • FreeSWITCH və Asterisk arasında SIP trunk-ın addım-addım qurulması.
  • LUA script dili vasitəsilə IVR-ın sınaqdan keçirilməsi.
  • Fail2ban vasitəsilə serverin müdafiəsi.
  • Bluebox yüklənməsi və qurulması.
  • BlueBox üzərində FreeSWITCH üçün Multi Tenant Domain qurulması.
  • FreeSWITCH üzərində səslərin yazılması.
  • FreeSWITCH recover və Linux HA vasitəsilə Clusterin qurulması.
  • Mod_Event_Socket dili vasitəilə PHP və Python-da misallar.
  • FreeSWITCH SIP istifadəçiləri MySQL-də [Mox_XML_CURL].
  • FreeSWITCH vasitilə mod_callcenter üzərində növbələmə.
  • API vasitəsilə FreeSWITCH serverdən statusların alınması.

Kitabı Camal Şahverdiyevin GitHub hesabı https://github.com/jamalshahverdiev/books-and-articles ünvanından əldə edə bilərsiniz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -