PwC mütəxəssislərinin fikrincə, şirkətlərin onlayn reklam xərcləri 390 milyon dollar artacaq. Tədqiqatçılar qeyd edirlər ki, internet reklam bazarında şəriksiz liderə çevriləcək, çünki texnologiya günbəgün inkişaf edir və onlayn reklamlar kiçik və orta biznes üçün də əlverişli sayılır. Digər səbəb kimi tamaşaçı auditoriyasının böyük bir hissəsinin internet üzərindən aktivliyi göstərilir.
Lakin şirkət sahibləri bu fikirlə razı deyillər. Onların fikrincə televiziya yaxın 5 il ərzində reklam bazarının lideri olaraq qalacaq. Məsələn, rus tədqiqatçılarının məlumatlarına əsasən, 2015-ci ildə televiziya reklamlarına edilən xərclər 136.7 milyard dollar təşkil edib, internet üçün isə bu göstərici 97 milyard dollardır. Bu rəqəmləri analiz edən rus tədqiqatçılar, PwC-dən fərqli olaraq internetin reklam bazarını ələ keçirəcəyinə inanmır.