Google layihələri siyahısında sayt sahibləri v tərtibatçılar üçün nəzərdə tutulmuş yeni resurs yaranıb — https://testmysite.thinkwithgoogle.com. Onun köməyi ilə saytın mobil versiyasının istifadə üçün nə dərəcədə yararlı olduğunu Google-un təqdim etdiyi üç parametr nöqteyi nəzərdən müəyyən etmək mümkün olacaq:
*Mobile-friendliness
*Mobile-speed — mobil cihazlarda saytın yüklənmə sürəti
*Desktop speed — saytın iş masasında yüklənmə sürəti
Qiymətləndirmə 0-100 bal aralığında həyata keçirilir, yoxlama nəticəsi isə veb-proqramçıya düzəliş üçün lazımi alətlərlə birlikdə göndərilir.