Tech Insider məlumat verir ki, Bluetooth-cihazlar, akustik sistemlər, eləcə də fitnes-trekerlərin istehsalı ilə məşqul olan Jawbone şirkəti UP (UP2, UP3, UP4) qolbaqlarının istehsalını dayandıracaq. Şirkət biznesin tam ləğv olunmaması üçün qolbaqları endirimlə 3-cü şəxslərə satmaq qərarına gəlib.
Buna baxmayaraq, şirkətin rəsmi saytında istifadəçilər bu fitnes-trekerləri hələ də əldə etmək imkanına malikdilər.
Fortune nəşrinin yaydığı məlumatda bildirilir ki, Jawbone akustik sitemlər biznesini də satmaq üçün alıcı axtarışına çıxıb. Şirkətin gələcək planlarına gəldikdə isə, baş menecer Hüseyn Rəhman bildirib ki, onlar yeni daşınan cihazın tərtib olunması üçün 165 milyon dollar yatırım etmək fikrindədilər. Şaiyələrə əsasən bu cihaz tibbi sahə üçün nəzərdə tutulacaq və ürək döyüntüsü ritminin monitorinqi ilə bağlı olacaq.