Alexa səsli köməkçi layihəsi sürpriz şəkildə bazarda uğur əldə etdi və Google, Apple, Microsoft analoqlarından fərqli olaraq istifadəçilərə daha çox funksiya təklif etdi.
Ən layiqli rəqib kimi I/O 2016 konfransında təqdim olunmuş Google Assistant göstərilir, lakin bu cihazın buraxılış tarixi hələ bəlli deyil. Alexa-nın istifadəsi üçün Echo, Tap və ya Echo Dot kimi xüsusi cihazlar lazımdır. İndi isə Amazon bəyan edib ki, qısa bir zaman ərzində Alexa-nın imkanlarından birbaşa brauzerdən istifadə etmək mümkün olacaq.
Şirkət Echoism adlı xüsusi sayt yaradıb. Bu saytda tərtibatçılar özlərinin Amazon-hesabları ilə qeydiyyatdan keçə bilər və Alexa-dan birbaşa brauzerdə istifadə edə bilərlər. Qeyd etmək lazımdır ki, istifadəçi mikrofon düyməsini sıxaraq istədiyi əmri səsləndirə bilər.