spot_img
19 апреля, 2024
ДомойТелекомСобытияNETTY və InfoCity-nin mülahizəsinə əsasən müəyyən edilən ilin İT-hadisəsi

NETTY və InfoCity-nin mülahizəsinə əsasən müəyyən edilən ilin İT-hadisəsi

NETTY Azərbaycan Milli İnternet Mükafatının Təşkilat Komitəsi INFOCITY jurnalı ilə birlkdə “İlin İT-hadisəsi” nominasiyası üzrə namizədlərdən ərizə qəbulunu başlayıb. 2009-cu ildən başlayaraq bu mükafat yüksək texnologiyaların Azərbaycan bazarının əsas nailiyyətlərini qeyd edir və NETTY mükafatı çərçivəsində təqdim edirilir.

NETTY

İnformasiya texnologiyalarının milli seqmentinin inkişafına töhfə verən layihələr və həllər mükafata namizədlər ola bilər. Nominasiyalarda iştirak üzrə ərizələrin qəbulu 10 may 2016-cı il tarixədək davam edəcək. Seçim mərhələsini keçən layihələr, səsvermə üçün NETTY Akademiyasına təqdim olunacaq. Səsvermə nəticəsində İT-akademiklərin ən çox səs toplayan layihələr və həllər müəyyən olunur. Akademiyanın səsverməsi nəticəsində ən yaxşı hesab olunan layihələr və həllər «İlin İT-hadisəsi» fəxri nominasiyasının laureatları kimi elan olunurlar.  Onların adları müsabiqənin final mərasimində elan edilir. Yalnız 2015-ci ilin əvvəlindən və 2016-cı ilin may ayınadək realizasiyası başlanan və ya başa çatan layihə və həllər müsabiqədə iştirak edə bilərlər. Ərizələri həm layihələrin sifarişçiləri tərəfindən, həm də onların icraçıları tərəfindən, onların qarşılıqlı razılaşması ilə və yalnız bir tərəf ilə təqdim oluna bilər. NETTY2016-in keçirilməsi çərçivəsində «İlin İT-hadisəsi» nominasiyalar üzrə və mükafatın nominantları barədə məlumat www.infocity.az, www.netty.azwww.itaward.az saytlarında və sosial şəbəkələrdə yerləşdiriləcək (nominantların şort-listini və NETTY2016-nın final mərasiminin keçirilməsinə qədər).

Müsabiqənin tələblərinə uyğun olan bütün layihələri dəvət edirik. Bununla bağlı ətraflı məlumat [email protected] və ya [email protected] ünvanlarına, aşağıdakı formada göndərilməlidir:

F.A.A:
Şirkət:
Vəzifə:
Əlaqə e-poçtu:
Əlaqə telefonu:
Layihənin adı:
Layihənin təsviri:
Nominasiyanın istiqaməti:

Təqdim olunan məlumatın həcmi bir informasiya səhifəsindən (standart şrift ilə) çox olmamalıdır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -