spot_img
29 марта, 2024
ДомойТелекомСобытияAudi şirkətindən yeni orqanik LED matriks faralar

Audi şirkətindən yeni orqanik LED matriks faralar

Frankfurtda keçirilən beynəlxalq avtosalonda Audi şirkəti orqanik LED əsasında qabaqcıl matrix faraların hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. OLED texnologiyası dizayner və konstruktorlar qarşısında çox geniş imkanlar açır. Tərkibində bir neçə qat incə yarımnaqil material olan belə işıqlandırma modulu iki elektroddan ibarətdir

Audi_leds

Aktivləşdirmə 4 voltdan artıq olmayan gərginliklə həyata keçirilir. İşığın rəngi yarımnaqil qatlarının molekulyar quruluşuna görə müəyyən olunur. İşıqsaçma rənginin eyniliyi baxımından orqanik LED faralar keyfiyyətcə yeni səviyyə deməkdir. Lazım gəldikdə, burada fərdi parlaqlıq kökləməli çoxseqmentli düzülüşlərdən də istifadə oluna bilər. OLED texnologiyaları əsasında yaradılan işıqlandırma cihazlarında reflektor, işıq naqilləri və digər optik elementlərə ehtiyac qalmır, bunun sayəsində faranın çəkisi və həcmi kiçilir, eyni zamanda yüksək təsirli işıqlandırma təmin olunur.

Audi_leds_2

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -